HƏMAS siyasi partiyaya çevrilməyə hazır olduğunu elan edib

HƏMAS hərəkatı siyasi partiya kimi fəaliyyət göstərməyə hazır olduğunu bildirib.
AFN.az-ın xəbərinə görə, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bildirilir ki, HƏMAS Fələstin anklavından kənarda təqiblərə məruz qalmadıqları halda, təşkilatın ayrı-ayrı liderlərinin Qəzzanı tərk etmələrinə etiraz etmir.
Fələstin anklavında atəşkəsə dair son təklifə gəlincə, HƏMAS "cavabın gecikdirilməsini" istəyib. Eyni zamanda, hərəkatın nümayəndəsi vurğulayıb ki, radikallar İsrail tərəfi ilə istənilən mümkün razılaşma ilə hərbi əməliyyatlara son qoymağa hazırdırlar. Eyni zamanda hərəkat mümkün razılaşmalar üzrə İsrail tərəfinin öz öhdəliklərini yerinə yetirəcəyinə təminat verilməsini tələb edir.
Bundan əvvəl HƏMAS-ın İsrail tərəfinin Qəzza zolağında radikallar tərəfindən saxlanılan 10 girovu azad etmək və münaqişə tərəfləri arasında ən azı 45 gün müddətinə atəşkəs yaratmaq təklifini öyrəndiyi bildirilmişdi. "Maan" xəbər agentliyinin məlumatına görə, İsrail yenilənmiş razılaşma çərçivəsində İsrail və ABŞ vətəndaşlığı olan İdan Aleksandr da daxil olmaqla 10 girovun azad edilməsi müqabilində anklavda atəşkəsi bərpa etməyi təklif edib.