HƏMAS girovları azad etməkdən imtina edərsə, İsrail döyüşləri bərpa edəcək

HƏMAS atəşkəs razılaşmasının birinci mərhələsini uzatmaqdan və bütün girovları azad etməkdən imtina edərsə, İsrail son çarə kimi Qəzza zolağında döyüşləri bərpa etməyi planlaşdırır.
Bu barədə “Kan” telekanalı məlumat yayıb.
Bildirilir ki, İsrail tərəfi HƏMAS-a təzyiqləri mərhələli şəkildə artırmaq, bununla yanaşı, zolağa humanitar yardımın daxil olmasını dayandırmaq niyyətindədir. İsrail bundan sonra Qəzza əhalisinin şimaldan cənuba təxliyyə ediləcəyini elan edə və lazım gələrsə, Fələstin anklavına elektrik enerjisinin verilməsini tamamilə kəsə bilər. "Kan"ın materialında qeyd edilir ki, sonuncu planlaşdırılan tədbir ABŞ tərəfindən təchiz edilmiş daha ağır silahlardan istifadə etməklə döyüş əməliyyatlarına qayıtmaqdır.