İsrail ordusu azad edilmiş girovları qəbul etmək üçün hazırlıqlara başlayıb
İsrail ordusu Qəzza zolağında saxlanılan və yaxın vaxtlarda azad edilməli olan girovları qəbul etmək üçün hazırlıqlara başladığını rəsmən açıqlayıb.
"İD-nin girovların qaytarılması üçün hazırlıq fəaliyyətləri "Azadlıq qanadları" adlanır", - deyə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.
Daha əvvəl “Əl-Qahirə əl-İxbariyyə” telekanalı İsrail və HƏMAS-ın girovların azad edilməsi və Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəldiyini açıqlayıb.
Müqavilə hələ rəsmi olaraq açıqlanmayıb.