Qəzzada Fələstinli İŞİD rəhbəri öldürülüb
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında məşhur İŞİD terrorçularından birini məhv etdiyini açıqlayıb.
AFN.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti açıqlama yayıb.
“İD Fələstinin İŞİD-in Qəzza zolağındakı hücrəsinin rəhbəri Məhəmməd Əbdül-Əziz Əbu Zubeydəni Bureyc bölgəsində (Qəzzə zolağının mərkəzindəki fələstinli qaçqınlar düşərgəsi – red.) öldürüb”, - deyə məlumatda bildirilir.
İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Əbu Zubeydə Qəzza zolağında İŞİD terror təşkilatında yüksək vəzifə tutub və İŞİD-in Yəhudeya və Samariyada siyasətin işlənib hazırlanması, planlaşdırılması və fəaliyyətinə nəzarət üçün cavabdeh olub. Eləcə də Yəhudeya və Samariyadan Qəzza zolağına hərbi texnikanın ötürülməsi və terrorizmin maliyyələşdirilməsi üçün əhəmiyyətli vəsaitin toplanmasında iştirak edib”, - deyə açıqlamada qeyd edilib.



