İsrail ordusu Qəzzada HƏMAS batalyon komandirlərinin yarısını məhv edib
Qəzza zolağında hərbi əməliyyatlar başlayandan bəri İsrail Müdafiə Qüvvələri (IDF) hərbçiləri Fələstin anklavında radikal HƏMAS qruplaşmasının batalyon komandirlərinin azı yarısını öldürüb.
Bu barədə İsrail hökumətinin sözçüsü Eylon Levi xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“İD bu günə qədər HƏMAS batalyon komandirlərinin yarısını öldürüb. Əsgərlər əhəmiyyətli hava dəstəyi ilə Qəzza zolağı daxilində irəliləməyə davam edir. Bu kampaniya artıq HƏMAS-ın hərbi imkanlarını əhəmiyyətli dərəcədə azaldıb” - deyə o bildirib.
Eylon Levi bildirib ki, oktyabrın 7-dən bəri HƏMAS İsrailə 11500-dən çox raket atıb: "2 mindən çox belə buraxılış uğursuzluqla başa çatıb, bu mərmilərin əksəriyyəti Qəzza zolağının özünə düşüb və əhəmiyyətli dağıntılara səbəb olub”.
O, bəyan edib ki, İD terror təşkilatının məhv edilməsi üzrə əməliyyatların davam etdirilməsi çərçivəsində Qəzza zolağında quru əməliyyatının üçüncü mərhələsinə Xan Yunis şəhərinin mühasirəyə alınması ilə başlayıb. “Qəzza zolağının şimalında İDF artıq HƏMAS-ın möhkəmləndirilmiş əsas ərazilərini ələ keçirib”, - deyə Levi əlavə edib.