İsrail HHQ Qəzzada 115 radikal hərbi hədəfə hücum edib


İsrail Qəzzada bir gündə 115 hərbi obyektə zərbə endirib



AFN.az xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun mətbuat xidməti yayıb. Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri son bir gün ərzində Qəzza zolağında 115 radikal hərbi obyektə zərbə endirib.



“Hədəflər buraxılış meydançaları, hərbi qurğular, tunellər və terrorçu birləşmələr olub”, - deyə ordudan bildirilib. İsrail Hərbi Dəniz Qüvvələri də quru qoşunları ilə birlikdə Qəzzanın şimalında müəyyən olunmuş terror hədəflərini məhv edib.



“Qoşunlar Gideonun arabaları əməliyyatı çərçivəsində Qəzza zolağında terror təşkilatlarına qarşı əməliyyat fəaliyyətini davam etdirir, terror obyektlərini və terrorçuları məhv edir”, - deyə məlumatda qeyd olunub.



Açıqlamada həmçinin vurğulanıb ki, 2023-cü il oktyabrın 7-də İsrailə hücumda iştirak edən HƏMAS-ın Şərqi Cəbəliyyə batalyonunun xüsusi təyinatlı üzvü, Nuhba terrorçusu Məhəmməd Şahin məhv edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu