Aİ Ukraynanın hərbi sənayesinə Avropaya köçürmək şərtilə sərmayə qoymağa hazırdır.


Avropa İttifaqı Ukraynanın hərbi sənayesinə “onu Avropaya köçürməklə” böyük sərmayə qoymaq istəyir ki, bu da çoxlu yeni iş yerləri yaradacaq.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas Kopenhagendə Aİ xarici işlər və müdafiə nazirlərinin qeyri-rəsmi görüşünün birinci gününün yekunlarına dair mətbuat konfransında deyib.

"Aİ ölkələri Ukraynanın hərbi sənayesinə böyük sərmayə qoymağa hazırdır, bir çox nazirlər bunu dəstəkləyiblər" - deyə Kallas bildirib. O vurğulayıb ki, nazirlər həmçinin Ukrayna hərbi sənayesini Avropaya dəvət etməyi təklif ediblər: "Bu, bizim üçün yaxşıdır, çünki bu, bizə yeni iş yerləri verəcək".






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu