AK Ukrayna hərbi-sənaye kompleksinə investisiyalar üzrə ilk müqavilələri imzalayıb

Avropa Komissiyası artıq Ukrayna hərbi-sənaye kompleksinə investisiyalar üzrə ilk müqavilələri imzalayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Aİ Xarici Xidmətinin baş katibinin müavini Çarlz Fris Brüsseldə Aİ və Ukrayna arasında müdafiə sənayesində əməkdaşlığa dair konfransda bildirib.
“Aİ Xarici Xidmətinin rəhbəri mayın 9-da bildirib ki, Aİ Ukrayna hərbi sənayesinə 1 milyard avro sərmayə qoyacaq və artıq ilk müqavilələr imzalanıb”, - deyə Fris bildirib. O, həmçinin Ukraynanın Aİ hərbi-sənaye kompleksinə çox şey öyrədə biləcəyini vurğulayıb.
Frisin sözlərinə görə, Aİ və Ukrayna Brüssel və Kiyev arasında hərbi-texniki əməkdaşlıqla məşğul olacaq daha bir birgə komissiya yaratmaq qərarına gəlib. O qeyd edib ki, Avropa diplomatiyasının rəhbəri Kaja Kallas təşkilatçılar tərəfindən elan olunsa da, forumda şəxsən iştirak edə bilməyib, lakin iştirakçılara ən xoş arzularını çatdırıb.