Avropa ABŞ-ı əvəz edir: Bu il Ukraynaya hərbi yardım 23 milyard avroya çatıb

Avropa ölkələri artıq bu il Ukraynaya 23 milyard avrodan çox hərbi yardım ayırıb. Bu, ötənilki məbləği üstələyir.
AFN.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət departamentinin rəhbəri Kaja Kallas deyib.
"Könüllülər Koalisiyası"nın Ukrayna üçün təhlükəsizlik tədbirləri ilə bağlı lazım olan aydınlığı alıb-almadığı ilə bağlı suala Kallasın cavabı qəti olub: “Xeyr”.
Onun sözlərinə görə, müxtəlif üzv dövlətlərin fərqli fikirləri var və müzakirələr hələ də davam edir.
Siyasətçi həmçinin diplomatik şəkildə ABŞ administrasiyasını Rusiyaya daha çox təzyiq göstərməyə çağırıb və deyib: "Ukraynanın qeyd-şərtsiz atəşkəsə razılıq verməsindən dörd həftə keçdi və biz Rusiya tərəfdən heç bir müsbət siqnal görmədik. Ona görə də, həqiqətən, Rusiyaya təzyiq göstərməliyik" - deyə o qeyd edib.