Yaponiya yeni hərbi baza yaratdı

Yaponiyanın Saga prefekturasında Çinin artan hərbi fəallığına cavab olaraq ölkənin cənub-qərbindəki adaların müdafiə qabiliyyətini gücləndirmək məqsədilə yeni hərbi baza açıldığı elan edilib.
Yaponiyanın rəsmi Kyodo xəbər agentliyinin yaydığı məlumata görə, Yaponiyanın Quru Özünümüdafiə Qüvvələri (GSDF) mövzu ilə bağlı açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, Çinin artan hərbi fəaliyyəti səbəbilə Yaponiyanın cənub-qərb adalarının müdafiəsini gücləndirmək məqsədilə yeni hərbi baza istifadəyə verilib və bu baza “Osprey” tipli hərbi nəqliyyat təyyarələrini qəbul edəcək.
Bildirilib ki, fövqəladə hallar zamanı Yapon ordusunun xüsusi müdaxilə birliklərinə hərbçi və avadanlıq daşımaqla məsul olan hava donanmasının ilk təyyarəsi artıq bazaya yerləşdirilib.
Yeni hərbi bazada təxminən 420 hərbçinin xidmət edəcəyi, avqustun ortalarınadək ümumilikdə 17 təyyarənin buraya köçürülməsinin planlaşdırıldığı açıqlanıb.