ABŞ Kosmik Qüvvələri Tokiodakı hərbi bazada qoşun yerləşdirib


ABŞ Kosmik Qüvvələri qarşılıqlı çəkindirmə imkanlarını artırmaq üçün Yaponiyanın paytaxtı Tokiodakı bazada bölmə yaradıb.


Çinin Hind-Sakit okean və Şimali Koreyanın raket təhdidlərində artan təsirləri qarşısında Yaponiya müttəfiqi ABŞ ilə hərbi koordinasiyasını gücləndirir.

ABŞ Kosmik Qüvvələrinin Hind-Sakit Okean Komandiri briqada generalı Entoni Mastalir keçirdiyi mətbuat konfransında Tokiodakı Yokota Hava Bazasında kosmos fəaliyyətlərinə cavabdeh bir bölmə qurduqlarını açıqlayıb.

"Şimali Koreya və Rusiya kimi davam edən təhdidlərlə yanaşı, Çin Hind-Sakit okean regionunda sabitliyi təhdid etmək üçün qeyri-qanuni, məcburedici və təcavüzkar taktikalardan istifadə edir", - Mastalir bildirib.

"ABŞ-Yaponiya ittifaqı hər zamankından daha güclüdür və indi kosmosda sülh və sabitliyi qorumağa hazırdır" deyən Mastalir, ittifaqın Yaponiyanın kosmik müşahidə və raket xəbərdarlığı imkanlarının təkmilləşdirilməsi də daxil olmaqla, məsləhət və ekspertiza dəstəyi göstərəcəyini bildirib.

Rəsmi Kyodo agentliyinin məlumatına görə, hərbi hissə Yaponiya Hava Özünümüdafiə Qüvvələri (ASDF) ilə "kesintisiz koordinasiya"nı hədəfləyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu