Çin təyyarəsi ilə ABŞ təyyarəsi Cənubi Çin dənizində toqquşdu
ABŞ-ın Hind-Sakit Okean Komandanlığı Çin döyüş təyyarəsinin Cənubi Çin dənizi üzərində ABŞ Hərbi Hava Qüvvələrinin kəşfiyyat təyyarəsinə təcavüz etdiyini açıqlayıb.
AFN.az xarici mediaya istinadən məlumatına görə, açıqlamada bildirilir ki, Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin J-11 qırıcı pilotlarından biri Cənubi Çin dənizi üzərində beynəlxalq hava məkanında qanuni olaraq müntəzəm əməliyyatlar aparan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RC-135 təyyarəsinə təzyiq edərək təhlükəli manevr manevr edib. Həmçinin ABŞ təyyarəsinin toqquşmamaq üçün riskli manevrlər etməli olduğu vurğulanıb. Daha sonra qeyd edilib ki, ABŞ Birgə Hind-Sakit Okean Qüvvələri azad və açıq Hind-Sakit Okean regionuna həsr olunub və beynəlxalq hüquqa uyğun olaraq bütün gəmilərin və təyyarələrin təhlükəsizliyinə lazımi hörmətlə yanaşaraq, beynəlxalq sularda və hava məkanında uçmağa, üzməyə, fəaliyyət göstərməyə davam edəcək: "Ölkələrin beynəlxalq hava məkanından təhlükəsiz və beynəlxalq hüquqa uyğun istifadə etmələrini gözləyirik”.
ABŞ gəmiləri və təyyarələri Tayvan boğazı başda olmaqla Çinin qarşı çıxdığı bir çox bölgədə fəaliyyət göstərir.