ABŞ və Çin arasında hərbi danışıqlar bərpa edilib


ABŞ və Çin arasında Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin 2022-ci ildə Çinlə suverenlik mübahisəsi olan Tayvana səfəri səbəbindən kəsilən hərbi danışıqların yenidən başlandığı bildirilib.


İki ölkənin müdafiə nazirliklərinin verdiyi açıqlamalara görə, 8-9 yanvar tarixlərində Vaşinqtonda 17-ci Çin-ABŞ Müdafiə Siyasəti Koordinasiya Danışıqları keçirilib.

Görüşdə ABŞ nümayəndə heyətinə Çin, Tayvan və Monqolustanla bağlı məsələlərə cavabdeh olan müdafiə nazirinin müavini Maykl Çeyz, Çin nümayəndə heyətinə isə Beynəlxalq Hərbi Əməkdaşlıq Departamentinin direktor müavini general-mayor Sonq Yançao rəhbərlik edib. .

Pentaqonun görüşlə bağlı verdiyi açıqlamaya görə, dövlət katibinin müavini Çeyz bildirib ki, ABŞ və Çin arasındakı rəqabətin münaqişəyə çevrilməməsi üçün hərbi rabitə kanalları açıq saxlanılmalıdır.

Hind-Sakit Okean bölgəsində əməliyyat təhlükəsizliyinin əhəmiyyətinə diqqət çəkən Çeyz "ABŞ beynəlxalq hüququn icazə verdiyi yerdə hərəkət etməyə, uçmağa və üzməyə davam edəcək" - deyə qeyd edib.

Çeyz, həmçinin ABŞ-ın Hind-Sakit okean regionunda və qlobal miqyasda müttəfiqliklərinə sadiqliyini bir daha təkrarlayıb.

Çinin Cənubi Çin dənizində qanuni şəkildə üzən Filippin gəmilərinə təzyiq göstərməsindən narahatlığını ifadə edən Çeyz beynəlxalq hüquqa uyğun olaraq açıq dənizlərdə naviqasiya azadlığının təmin edilməsinin vacibliyini vurğulayıb.

ABŞ tərəfi Tayvanla bağlı “vahid Çin” prinsipinə sadiqliyini təsdiqləyib və Tayvan boğazında sülh və sabitliyin qorunmasının vacibliyini vurğulayıb.

Görüş zamanı tərəflər qlobal və regional təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparıblar. Görüşdə Rusiya-Ukrayna müharibəsinin yaratdığı təhlükəsizlik narahatlıqları və Şimali Koreyanın raket sınaqları gündəmə gətirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu