G7 xarici işlər nazirləri Tokioda görüşəcək
Yaponiyanın sədrliyi dövründə bir araya gələcək G7 ölkələrinin xarici işlər nazirləri Qəzza, Ukrayna və Hind-Sakit okean problemlərini müzakirə edəcəklər.
Xarici işlər naziri Kamikava Yokonun sədrliyi ilə keçiriləcək iclasda ABŞ, Kanada, Almaniya, İtaliya, İngiltərə və Fransanın xarici işlər nazirlərinin iştirakı gözlənilir.
İclasda İsrail-Fələstin müharibəsi, Rusiya-Ukrayna böhranı, enerji və iqlim problemləri müzakirə olunacaq.
Nazirlər Çinin Asiya-Sakit okean geosiyasətində artan təsirini və Şimali Koreyanın nüvə və raket proqramlarının hazırkı vəziyyətini də müzakirə edəcəklər.