Yaponiya Rusiya və Çin arasında hərbi əməkdaşlığı özü üçün təhlükə hesab edir

Rusiya və Çin arasında hərbi əməkdaşlıq Yaponiyanın təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur.
AFN.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin illik hesabatına istinadən "Kyodo" agentliyi məlumat yayıb.
Hesabatda qeyd olunur ki, Rusiya və Çin arasında, o cümlədən onların silahlı qüvvələri səviyyəsində artan əməkdaşlıq Yaponiya üçün təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur. Keçən ilki hesabatda da təxminən eyni mövqe yer alıb.
"Kyodo"nun məlumatına görə, yeni hesabatda Rusiya və Çinin dövlət səviyyəsində kibernetik hücumlar həyata keçirdiyinə dair bəyanat yer alacaq.