Yaponiya Ukraynaya hərbi təchizatı koordinasiya etmək üçün missiyaya qoşulacaq


Yaponiyanın Müdafiə Nazirliyi NATO-nun Ukraynaya hərbi təchizat və qoşunların təlimi üzrə koordinasiya missiyasına qoşulacaq.


AFN.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, Yaponiyanın müdafiə naziri Gen Nakatani bu niyyətini alyansın baş katibi Mark Rutte ilə görüşdə bildirib.

Rutte aprelin 10-dək Yaponiyada qalacaq. O, səfər müddətində Yokosukada Özünümüdafiə Qüvvələri bazasına baş çəkib, Yaponiyanın "Moqami" freqatına baxış keçirib, həmçinin Kamakuradakı "Mistubishi Electric Corporation" zavoduna baş çəkib.

“Bu obyektlərə səfər Yaponiya ilə NATO arasında müdafiə sahəsində əməkdaşlığın və mübadilələrin inkişafına töhfə verib” - deyə Yaponiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir. Departament həmçinin Avro-Atlantik və Hind-Sakit Okean regionlarında təhlükəsizliyin bölünməzliyi əsasında alyansla yaxından əməkdaşlıq etmək niyyətini ifadə edib.

Səfər zamanı NATO-nun baş katibi Yaponiyanın baş naziri Şiqeru İşiba ilə görüşməyi planlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu