Almaniya və İsrail kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək


Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt İsrailə səfər edib və yəhudi dövləti ilə, o cümlədən kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib.



AFN.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.



Nəşr qeyd edib ki, Dobrindt İrana qarşı əməliyyatdan sonra İsrailə səfər edən ilk yüksək rütbəli Qərb siyasətçisi olub. "Dobrindt kibertəhlükəsizliyi təmin etmək üçün İsrailin dəstəyi ilə Almaniya üzərində bir növ “kiber günbəz” yaratmaq arzusunu ifadə edib", - deyə məqalədə bildirilir.



Onun təklif etdiyi plana əsasən, Almaniya və İsrail kibermüdafiə sahəsində sıx əməkdaşlıq edəcək. Almaniya, İsrailin təcrübəsinə əsaslanaraq, dronlara qarşı mübarizə və əhalini erkən xəbərdarlıq sistemləri sahəsində imkanlarını genişləndirmək niyyətindədir. Həmçinin, kəşfiyyat və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq gücləndiriləcək.



Dobrindt həmçinin kibertəhlükəsizlik sahəsində birgə tədqiqat mərkəzinin yaradılmasını təklif edib. Onun sözlərinə görə: “Təhlükəsizlik üçün kritik anda təkcə hərbi müdafiə kifayət etmir. Ümumi müdafiə qabiliyyətini artırmaq üçün mülki müdafiə də əhəmiyyətli dərəcədə gücləndirilməlidir”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu