Makron: Çin və Braziliyanın təşəbbüsü Ukrayna nizamlanmasında vacibdir

Fransa prezidenti Emmanuel Makron Ukrayna münaqişəsinin həllində Braziliya və Çinin səylərinə ümid etdiyini bildirib.
AFN.az xəbər verir ki, o, bu barədə X-da Yelisey Sarayının səhifəsində yayımlanan braziliyalı həmkarı Luiz İnasio Lula da Silva ilə birgə mətbuat konfransında danışıb.
"10 gün əvvəl Çin prezidenti Si Cinpinlə uzun söhbətim oldu və ondan Rusiyaya təzyiq göstərmək üçün diplomatik səyləri yeniləməyi xahiş etdim. İndi hamımız - avropalılar, amerikalılar, çinlilər, braziliyalılar və hindlilər - Rusiyanı münaqişəni dayandırmağa təşviq etmək üçün hər şeyi etməliyik", - deyə Makron bildirib.
Onun sözlərinə görə, Fransa danışıqlar yolu ilə sabit və davamlı sülhün əldə olunmasının tərəfdarıdır.
Makron Braziliyanın Ukrayna münaqişəsinin həllində mühüm rol oynaya biləcəyinə diqqət çəkərək, böhranın həlli üçün Çin və Braziliyanın təşəbbüsünü vacib adlandırıb.