2024-cü ildə dövlət büdcəsinə vergi və gömrük daxilolmaları 22,4 milyard manatı keçdi


Hesabat ilində vergi və gömrük orqanlarının xətti ilə büdcəyə ümumilikdə 22,4 milyard manat vəsait təmin edilib.



Bu barədə Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib.



Onun sözlərinə görə, vergi orqanları xətti ilə büdcəyə 15,8 milyard manat, gömrük orqanları xətti ilə isə 6,6 milyard manat vəsait daxil olub.



“Bu göstəricilər proqnozla müqayisədə müvafiq olaraq 538 milyon manat214 milyon manat çoxdur. Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları proqnozu 573 milyon manat və ya 3,1% üstələyib və 19,2 milyard manat təşkil edib. Bu da 2023-cü illə müqayisədə 2,1 milyard manat və ya 12,4% artım deməkdir”, – deyə komitə sədri bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu