Yanvarda vergi daxilolmaları 2 milyard manatdan çox olub


Bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 259,9 milyon manat vergi daxil olub.


"Report" bu barədə quruma istinadən xəbər verir.

Aylıq vergi daxilolmalarının 1 milyard 378,2 milyon manatı və yaxud 61 %-i qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 11,6 % çoxdur.

Bu il Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 15,5 milyard manat vəsaitin daxil olması proqnozlaşdırılır ki, bunun da 75,3 %-nin və yaxud 11,67 milyard manatının qeyri-neft-qaz, 24,7 %-nin və yaxud 3,83 milyard manatının isə neft-qaz sektorunun payına düşəcəyi gözlənilir.

Bunlar, ötən illə müqayisədə müvafiq olaraq 18 % çox və 3,6 % azdır.

Bu il qeyri-neft-qaz sektoru üzrə vergi gəlirlərinin qeyri-neft ÜDM-nə nisbəti 12,7 % həddində proqnozlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu