Azərbaycanda gömrük xətti ilə büdcə daxilolmaları 21 % artıb
Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 milyard 75,366 milyon manat təşkil edib.
AFN.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 % çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 20,4 % artaraq 768,744 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 21,3 % artaraq 2 milyard 186,168 milyon manat, aksizlər üzrə daxilolmalar 39,3 % artaraq 97,362 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 19,5 % azalaraq 23,092 milyon manat olub.