Arvadı Makronu şillələdi - VİDEO


Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makronun Vyetnama səfəri zamanı qəribə hadisə yaşanıb.



“Qafqazinfo” Fransa mediasına istinadən xəbər verir ki, Fransa liderinin təyyarəsi Hanoi Hava Limanına çatdıqda Makronun təyyarədən enməsi üçün hazırlıqlara başlanılıb.



Bu zaman təyyarənin qapısı açıldıqda həyat yoldaşının Makronun üzünə iki əli ilə vurduğu görünüb. Hadisənin görüntüləri isə “Associated Press” agentliyinin kamerasına tuş gəlib.



Videodan E. Makronun çaşqınlıq içərisində qaldığını, daha sonra isə özünü ələ alaraq ətrafdakıları salamladığını görmək mümkündür.



Bununla yanaşı, cütlük təyyarədən endikdə Makron qolunu həyat yoldaşına doğru uzatsa da, o buna məhəl qoymayıb.



Yelisey Sarayı isə ilk olaraq görüntülərin doğruluğunu təkzib etsə də, daha sonradan hadisənin elə bir ciddi məna kəsb etmədiyini açıqlayıb.



Cütlüyün sözügedən görüntüləri isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.



Həmin görüntüləri təqdim edirik:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu