NATO-nun baş katibi: Türkiyə sülh üçün böyük rol oynayır

NATO-nun baş katibi Mark Rutte NATO Xarici İşlər Nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi toplantısı öncəsi mətbuata açıqlama verib.
İstanbulda Rusiya-Ukrayna sülh danışıqlarından danışan Rutte "Türkiyə burada əhəmiyyətlidir, çünki Türkiyənin bütün əlaqədar tərəflərlə yaxşı əlaqələri var. Bu danışıqları yaxşı bir nöqtəyə çatdırmaq üçün lazım olan müvafiq gücə, insanlara, xarici işlər nazirinə və prezidentə də sahibdir" deyib.
Rutte görüşü şərh edərək bildirib ki, danışıqların nəticəsi Rusiya nümayəndə heyətindən asılıdır. O qeyd edib ki, yaxın günlərdə nələrin baş verəcəyini görəcəyik. Rutte ehtiyatlı optimist olduğunu da vurğulayıb.