Rutte: Ukraynanın daha çox silaha ehtiyacı var
Ukraynanın daha çox hərbi yardıma ehtiyacı var və Rusiya ilə gələcək sülh danışıqları ilə bağlı daha az müzakirə lazımdır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri NATO-nun baş katibi Mark Rutte Brüsseldə alyans ölkələrinin xarici işlər nazirlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.
“Daha çox hərbi yardım və sülh danışıqlarının necə olacağı barədə daha az müzakirə lazımdır”, - deyəo, gələcək sülh danışıqlarında Ukraynanın ərazi güzəştləri ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.
Ruttenin sözlərinə görə, Kiyevin sülh prosesinin necə olacağı ilə bağlı daha çox fikrə ehtiyacı yoxdur.