Marin Le Pen barəsində çıxarılan hökmə münasibət bildirib

Fransanın sağçı Milli Mitinq partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen TF1 televiziyasında onun barəsində çıxarılan hökmü şərh edib.
O, məhkəmənin 2027-ci il prezident seçkilərində namizəd olmasına mane olmaq üçün verdiyi qərarını siyasi adlandırıb: “Bu prosesin ilk saatlarından anladım ki, bizi ən qərəzli şəkildə mühakimə edəcəklər”.
Le Penin sözlərinə görə, ona müdafiə hüququ verilməyib, lakin o, mümkün qədər tez apellyasiya şikayəti vermək niyyətindədir.