Fransanın keçmiş baş naziri Qırmızı Meydanda pate satmağa hazırdır


Fransanın keçmiş baş naziri Fransua Fiyon Fransa parlamentinin Rusiya ilə əlaqələrə dair ittihamlarına münasibət bildirib.


AFN.az "TV5 Monde"yə istinadən xəbər verir ki, o, peşəkar fəaliyyətində sərbəst olduğunu açıqlayıb. "Qırmızı Meydanda pate satmaq istəsəm, Qırmızı Meydanda pate satacağam", - deyə Fiyon bildirib.

Keçmiş baş nazir "Sibur" və "Zarubejneft"in direktorlar şurasında işləməsi ilə bağlı parlament komissiyasına izahat verməyə məcbur olub. Təftiş Fiyonu Fransada ictimai rəyə təsir etmək üçün başqa dövlətlərlə əməkdaşlıqda ittihamı ilə Marin Le Penin Milli Ralli Partiyasınən təşəbbüsü ilə aparılıb.

Bundan əvvəl Fransua Fiyon həyat yoldaşının qondarma işə götürülməsi ilə bağlı bir il həbs də daxil olmaqla 4 il həbs cəzasına məhkum edilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu