Le Penin 2022-ci il seçki kampaniyası ilə bağlı araşdırma başlanılıb
Fransanın ifrat sağçı lideri Marin Le Penə qarşı 2022-ci il seçki kampaniyasının “qanunsuz maliyyələşdirildiyi” əsası ilə bağlı məhkəmə istintaqı başlayıb.
BFMTV kanalının məhkəmə mənbələrinə əsaslanan xəbərinə görə, Paris Prokurorluğu ifrat sağçı Milli Birlik (RN) partiyasının lideri Le Penə qarşı 2022-ci il prezident seçkiləri kampaniyasını "qanunsuz maliyyələşdirmək" şübhəsi ilə istintaqa başlayıb.
Hər seçki zamanı hesab-fakturalarla dəstəklənən namizədlərin təşviqat hesablarını və limitlər daxilində qalıb-qalmamasını yoxlayan komissiyanın 2024-cü ilin aprel ayında hazırladığı hesabat əsasında araşdırma qərarı verilib.