KİV: HƏMAS 24 saat ərzində saziş layihəsinə cavab verməlidir


İsrail və Qəzza zolağında atəşkəsin vasitəçiləri HƏMAS hərəkatından 24 saat ərzində atəşkəs və anklavda saxlanılan girovların azad edilməsinə dair saziş layihəsi ilə bağlı cavab gözləyirlər.


AFN.az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat verib.

"İsrail və vasitəçilər (Qətər, Misir və ABŞ) atəşkəs və Qəzzada girovların azad edilməsi ilə bağlı saziş layihəsi üzərində razılığa gəliblər və onu HƏMAS-a göndəriblər. Onlardan qarşıdakı 24 saat ərzində cavab gözlənilir" - deyə portal yazır.

"Görünür, biz razılığa yaxınıq. İsrailin bir sıra məsələlərdə mövqeyi son günlər çox çevik olub, lakin biz HƏMAS-ın cavabını gözləyirik və yalnız bundan sonra əmin olacağıq", - deyə "Axios"un əməkdaşı rəsmi mənbədən sitat gətirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu