Ukrayna ABŞ-dan ilk 100 milyon kubmetr mayeləşdirilmiş qazı alıb


Ukrayna ABŞ-dan həcmi təxminən 100 milyon kubmetr olan mayeləşdirilmiş təbii qazın (LNG) ilk partiyasını alıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın DTEK enerji holdinqi məlumat yayıb.

"DTEK bu gün LNG gəmisi Yunanıstanda yanaşdıqdan sonra ABŞ-dan mayeləşdirilmiş təbii qazın ilk partiyasını qəbul edib. "Gaslog Savannah" gəmisi ilə təxminən 100 milyon kubmetr qaz (və ya 1 TWh enerji) daşınması "Revitus" LNG terminalına çatıb" - deyə holdinqin məlumatında bildirilir.

Qeyd edilir ki, bu tədarük Ukraynanın enerji təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və Rusiya qazının onun ərazisindən tranzitinin dayandırılmasından bir neçə gün əvvəl həyata keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu