Rusiya 131 Avstraliya vətəndaşının ölkəyə girişini əngəlləyib
Moskva Avstraliya hökumətinin Rusiya hüquqi və fiziki şəxslərinə qarşı siyasi motivli sanksiyalara cavab olaraq 131 avstraliyalının ölkəyə girişini qeyri-müəyyən müddətə bağlayıb.
AFN.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
“Avstraliya hökumətinin kollektiv Qərbin rusofobik kampaniyası çərçivəsində tətbiq etdiyi Rusiya fiziki və hüquqi şəxslərinə qarşı siyasi motivli sanksiyalara cavab olaraq, daha 131 avstraliyalının Rusiya Federasiyasına girişi qeyri-müəyyən müddətə qadağan edilib. Siyahıya bu ölkədə anti-Rusiya gündəmini formalaşdıran iqtisadi-sənaye kompleksinin nümayəndələri, jurnalistlər və ictimai xadimlər daxildir”, - deyə bəyanatda vurğulanır.