Rusiya doqquz yeni zelandiyalının ölkəyə girişini qadağan edib


Rusiya ölkənin hərbi departamentinin və silahlı qüvvələrin rəhbərliyindən olan və orada anti-Rusiya gündəmi formalaşdıran 9 Yeni Zelandiya vətəndaşının ölkəyə girişini əngəlləyib.


AFN.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Kollektiv Qərbin rusofobik kampaniyasının bir hissəsi kimi Yeni Zelandiya hökuməti tərəfindən Rusiya fiziki və hüquqi şəxslərinə qarşı tətbiq edilən siyasi motivli sanksiyalara cavab olaraq, Rusiya Federasiyasına giriş doqquz nəfər yeni zelandiyalı üçün bağlanıb. Müdafiə Nazirliyi və Yeni Zelandiya Silahlı Qüvvələrinin rəhbərliyi bu ölkədə anti-Rusiya gündəmini formalaşdırır”, - deyə XİN-dən bildirilib.

“Rəsmi Vellinqtonun anti-Rusiya kursundan əl çəkmək niyyətində olmadığını və yeni sanksiyalar tətbiq etməkdə davam etdiyini nəzərə alaraq, Rusiya stop-listinin yenilənməsi üzrə işlər davam etdiriləcək” - deyə nazirliyin məlumatında qeyd edilir.

Qara siyahıya, xüsusən də Yeni Zelandiya Müdafiə Nazirliyi rəhbərinin birinci müavini, idarə rəisinin dörd müavini, ölkənin Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri komandanlığının nümayəndələri daxil edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu