Borrell İsrailin BMT agentliyinin işini qadağan etmək fikrini şərh edib


Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) işini qadağan etmək layihəsini nəzərdən keçirən İsrail hakimiyyətinin qanunvericilik təşəbbüsü İsrail üçün fəlakətli nəticələrə səbəb olacaq.



Bunu Avropa diplomatiyasının hazırkı rəhbəri Xosep Borrell deyib.

“Aİ hazırda İsrail parlamentində müzakirə olunan UNRWA haqqında qanun layihəsi ilə bağlı ciddi narahatlığını ifadə edir. Aİ BMT Baş katibinin bu məsələ ilə bağlı çağırışını dəstəkləyir və bu qanun layihəsinin təsdiq ediləcəyi təqdirdə fəlakətli nəticələrə səbəb olacağı ilə bağlı narahatlığını bölüşür”, - sənəddə deyilir.

Borrell qeyd edib ki, BMT agentliyinə mümkün qadağa İsrailin işğalı altında olan İordan çayının qərb sahilində, Şərqi Qüdsdə və Qəzza zolağında fələstinli qaçqınların davamlı müdafiəsinə imkan verməyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu