Britaniyanın İsrailə silah satışı mənəvi cəhətdən uyğun deyil - Ekspert
"Oxfam" beynəlxalq yardım təşkilatının Böyük Britaniya prezidenti Həlimə Begum Qəzzaya humanitar yardım göndərərkən Britaniyanın İsrailə silah satışını davam etdirməsini və sülh çağırışını "mənəvi uyğunsuzluq" adlandırıb.
İngiltərənin “The Guardian” qəzetinə müsahibə verən Begum deyib ki, "Oxfam" İsrailə silah satmaqda davam edən Britaniyaya qarşı açılmış əlaqəli işdə iştirak edir.
Bir müddət əvvəl İsrail və İordan çayının qərb sahilində təmasda olan Begum İngiltərənin İsrailə silah satışı ilə bağlı mövqeyini anlaya bilmədiklərini deyib: “Satılan malların bütöv silah və ya silah komponentləri olduğunu söyləmək çox mübahisəli bir məsələdir. Tək-tək komponentlər çoxlu sayda günahsız insanın ölümünə səbəb olur. Britaniya bu silah satışlarını dayandırmalıdır. Hökumət həm humanitar yardım göstərə, həm də bölgədə sülh istəyə bilməz. Bu, intellektual və əxlaqi baxımdan uyğun deyil".
İsrailə silah satışını dayandırmağa yönəlmiş qanunların işlək olmadığını vurğulayan Begum minlərlə günahsız uşağı və ailəni öldürəcəyini bilə-bilə silah satışının davam etməsi insanicə davranış deyil.
Begum Qəzzaya girə bilməsə də, təxliyə edilən "Oxfam" işçiləri vasitəsilə bölgədəki humanitar böhranın qiyabi şahidi olduğunu bildirib.
O, İngiltərə və ABŞ-ın keçmişdə İsrailə silah satışını dayandırdığını xatırladıb: "Keçmiş baş nazir Marqaret Tetçer Livan müharibəsi zamanı İsrailə silah satışını dayandırmışdı. ABŞ Prezidenti Ronald Reyqan da 1982-ci ildə kaset sursatları ixracını dayandırmışdı. Nə qədər ki, Qəzzada baş verənləri dəstəkləyəcəyik, insanlığımız bizdən uzaqlaşacaq. Qərbin İsrailyönlü mövqeyi beynəlxalq humanitar hüquq və beynəlxalq insan haqları dəyərlərinə təhlükə yaradır. Hər bir ölkənin özünü müdafiə etmək hüququ var, lakin bu, beynəlxalq humanitar hüququ və yerlərdə insan haqlarını pozmaqla baş verə bilməz".