ABŞ İsrailə 18 milyard dollar dəyərində yeni silah satmağa hazırlaşır


ABŞ-ın İsrailə 18 milyard dollar dəyərində 50 ədəd F-15 döyüş təyyarəsi satmağa hazırlaşdığı bildirilir.


Amerikanın CNN kanalında yayımlanan və adı açıqlanmayan Bayden administrasiyasının rəsmilərinə əsaslanan xəbərlərdə ABŞ rəhbərliyinin İsrailə yeni silah satışına yaxın olduğu qeyd edilib.

Xəbərdə İsrailin ilk olaraq 2023-cü ilin yanvarında almaq üçün müraciət etdiyi döyüş təyyarələri ilə bağlı Bayden rəhbərliyi ilə Konqres arasında çoxlu görüşlər keçirildiyi və qeyri-rəsmi prosesin tamamlandığı bildirilib.

Yanvarın 30-da Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkaul tərəfindən yaşıl işıq yandırılan satışla bağlı rəsmi bildirişin Bayden administrasiyasından tezliklə Konqresə göndəriləcəyi gözlənilir.

Konqresdə satışla bağlı 15 günlük qiymətləndirmə dövründə İsrailə qeyd-şərtsiz silah dəstəyini tənqid edən Demokrat senator və nümayəndələrin necə reaksiya verəcəyi maraq doğurur.

Bəzi demokrat senatorlar İsrailə silah satışının dayandırılmasını istəyiblər və ABŞ prezidenti Co Baydenə məktub yazaraq Qəzzada Amerika silahlarının necə istifadə edildiyinin araşdırılmasını tələb ediblər.

Konqresdə prosesin tamamlanmasından sonra İsrailin ən tez 2029-cu ildə F-15 döyüş təyyarələri almağa başlayacağı, Təl-Əvivin eyni zamanda Vaşinqtondan idarə olunan raketlər də alacağı bildirilib.

Mövzu ilə bağlı sualı cavablandıran ABŞ Dövlət Departamenti rəsmisi davam edən silah satışı proseslərini dəyərləndirmədiklərini, lakin digər ölkələr kimi İsrailə silah satışının da müəyyən edilmiş qanuni prosedurlara uyğun olaraq həyata keçirildiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu