ABŞ-ın Beyrutdakı səfirliyinə silahlı hücum olub


ABŞ-ın Beyrutdakı səfirliyinə silahlı hücum edilib.


Livan ordusunun X hesabında edilən açıqlamada ABŞ səfirliyinə atəş açan şəxsin Suriya vətəndaşı olduğu bildirilib.

Hücum edən şəxsin Livan qüvvələri tərəfindən vurularaq yaralandığı və daha sonra müalicə üçün xəstəxanaya aparıldığı qeyd olunur.

Hücumla bağlı istintaq davam edir.

Səfirliyin ətrafına yerləşdirilən ordu hissələrinin əraziyə baxış keçirdiyi və ərazinin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlərin görüldüyü vurğulanıb.

Digər tərəfdən ABŞ-ın Beyrutdakı səfirliyinin X hesabında edilən açıqlamada səfirliyin girişi yaxınlığında "yüngül silahlarla atəş açıldığı" bildirilib.

Açıqlamada, "Livan Ordusu, Daxili Təhlükəsizlik Birlikləri və təhlükəsizlik qrupumuzun sürətli reaksiyası sayəsində səfirliyimiz və komandamız təhlükəsizdir" - deyə bildirilir.

Araşdırmaların davam etdiyi və Livanda hüquq-mühafizə qüvvələri ilə sıx əlaqənin davam etdiyi qeyd edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu