Meksikada on minlərlə insan seçki institutunu zəiflətdiyi üçün hökumətə etiraz etdi


Meksikada on minlərlə insan iyunun 2-də keçiriləcək ümumi seçkilərdən əvvəl Milli Seçki İnstitutuna təklif edilən dəyişikliklərlə qurumu zəiflətdiyi səbəbiylə hökumətə etiraz edib



Müxalifət partiyalarının çağırışı ilə paytaxt Mexikoda Zokalo meydanında təxminən 90 min insan toplaşıb.

İyunun 2-də keçiriləcək ümumi seçkilər öncəsi Milli Seçki İnstitutuna edilməsi təklif edilən dəyişikliklərlə qurumu zəiflətdiyi əsası ilə hökumətə etiraz edən nümayişçilər ədalətli seçki çağırışı edib.

Qurumun rəngində olan çəhrayı paltar geyinmiş və əllərində "xalq hakimiyyətdəkilərdən güclüdür" yazılan plakatlar tutan nümayişçilər prezident Andres Manuel Lopez Obrador haqqında "Lopez getsin" şüarları səsləndiriblər.

Aksiyaya qatılan 61 yaşlı Qabriela Ozuna mətbuata açıqlamasında "Demokratiyamızın təhlükədə olduğunu bilirik. Etmək istədiyimiz onu müdafiə etməyə davam etməkdir" deye vurğulayıb.

Yerli mətbuatın məlumatına görə, hakim partiya olan Milli Yeniləşmə Hərəkatının (MORENA) fevralın 5-də Nümayəndələr Palatasına təqdim etdiyi islahat paketinə Milli Seçki İnstitutunun bir çox işçilərinin bağlanması səbəbindən 80 faizdən çoxunun işdən çıxarılması daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu