CAR şaxtada 30-dan çox adamın müəmmalı ölümünü araşdırır


Cənubi Afrika rəsmiləri Free State əyalətində təxminən 30 ildir bağlı olan mədəndə keçən ay ən azı 31 nəfərin ölümü ilə bağlı araşdırma aparır.


"Reuters"in ölkənin enerji departamentinə istinadən verdiyi xəbərə görə, ehtimal olunur ki, onlar qonşu Lesotodan olublar və hadisə barədə Cənubi Afrika hakimiyyətinə məlumat veriblər. Adamlar Velkom şəhərindəki Virciniya ventilyasiya şaftında ölüblər.

Hadisəyə nəyin səbəb olduğu bilinmir, lakin departamentdən bildirilib ki, 1990-cı illərdə fəaliyyətini dayandırmış mədənin əvvəlki sahibi olan "Harmony Gold" şirkətinin köməyi ilə aparılan araşdırma havalandırma şaxtasında metan səviyyəsinin çox yüksək olduğunu göstərib.

"Hazırda mədənə axtarış qrupunun göndərilməsi çox risklidir. Bununla belə, vəziyyəti mümkün qədər tez həll etmək üçün müxtəlif variantları nəzərdən keçiririk" - deyə şirkətdən verilən açıqlamada qeyd olunur.

"Harmony" mayın 18-də baş vermiş hadisəni cinayət işi kimi qiymətləndirdiyini və əlavə araşdırma üçün Cənubi Afrika polisinə təhvil verdiyini söylədi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu