İsveç Şərqi Avropaya qoşun göndərməyi planlaşdırır


İsveç NATO-nun Çevik Reaksiya Qüvvələrinə qoşulmaq üçün öz ordusunu Şərqi Avropaya göndərmək niyyətindədir.


AFN.az TASS-a istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Pol Conson “Yomiuri” qəzetinə müsahibəsində bildirib. O vurğulayıb ki, NATO-ya üzvlük ölkənin yeni hökumətinin əsas prioritetidir. Consona görə, ittifaqa üzv ölkələrə qarşı hücuma qarşı alyansın kollektiv müdafiəsi çəkindirici vasitə kimi oldqca zəruridir. İsveç Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, bu baxımdan Stokholm blokun güclənməsinə töhfə vermək niyyətindədir. Xarıladaq ki, Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat fonunda, İçveç və Finlandiya mayın 18-də NATO-nun baş katibi Yens Stoltenberqə ölkələrinin alyansa qoşulması üçün ərizələr təqdim ediblər. Hazırda sənədi 30 ölkədən ikisi -Macarıstan və Türkiyə ratifikasiya etməyib. Ankara Finlandiya və İsveçi terrorçularla əməkdaşlıqda ittiham etdiyi üçün bu addımı atmağa tələsmir. İyun ayında hər iki ölkə Türkiyə ilə Skandinaviya ölkələrinin NATO-ya üzv olmaq üçün yerinə yetirməli olduğu şərtləri özündə əks etdirən memorandum imzalayıb. Belə ki, Stokholm və Helsinki PKK və onun strukturlarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlığa razılaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu