Almaniyada F-35 qalmaqalı - deputat nazirdən açıqlama tələb etdi


Almaniya mətbuatında hökumətin F-35 qırıcıları almaqda çətinlik çəkdiyi ilə bağlı xəbər tirajlanıb.


AFN.az "Bild" nəşrinə istinadən xəbər verir ki, 9,9 milyard avro dəyərində təyyarələrin alınmasında gecikmələr var. Müdafiə Nazirliyinin sənədinə əsaslanan nəşr eyni zamanda qeyd edir ki, əlavə xərclər də ola bilər.. Sənəddə uçuş əməliyyatları üzrə milli sertifikatın vaxtında alınmaması riskinin olduğu, uçuş əməliyyatlarının yalnız məhdudiyyətlər altında başlaya biləcəyi bildirilib.

Xəbərdə qeyd edilir ki, Almaniya Silahlı Qüvvələrinə aid Bundesverin Büxel qəsəbəsindəki hərbi hava limanını 2026-cı ilə qədər F-35 reaktivləri üçün meydana çevirib-çevirməyəcəyi də bəlli deyil. Mətbuat bu vəziyyətin alman parlamentariləri də qəzəbləndirdiyini vurğulayıb.

Müdafiə naziri Kristian Lambrechtin Sosial Demokrat Partiyasında (SPD) həmkarı olan Andreas Schwarz verdiyi açıqlamada, "Parlamentin problemləri yenicə öyrənməsi qəbuledilməzdir. Nazirlikdən riskləri necə idarə etməyi planlaşdırdığına dair hərtərəfli açıqlama gözləyirəm" - deyə bildirib.

Qeyd edək ki, Almaniya ölkənin müdafiə xərcləri üçün 100 milyard avro ayırmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu