Ermənistandakı təyyarə qəzasında ölənlər ruslardır


Ermənistanın Kotayk rayonunda yüngül mühərrikli B55 təyyarəsinin qəzaya uğraması nəticəsində iki rusiyalı həlak olub.


Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin Kotayk regional xilasetmə idarəsinin rəisi Gevorq Sedrakyan bildirib.

Onun sözlərinə görə, qəzaya əlverişsiz hava şəraiti səbəb olub.

Sedrakyan həmçinin qeyd edib ki, təyyarə Craber kəndindəki qum mədəninin ərazisinə düşüb.

İstintaq Komitəsinin əməkdaşları hadisə yerində işi davam etdirdiyindən ölənlərin cəsədləri hələlik təxliyə edilməyib.

Qeyd edək ki, bundan əvvəl qəzanın baş verdiyi ərazidə iki yanmış cəsəd tapıldığı bildirilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu