Keçmiş kanslerdən gözlənilməz açıqlama


Almaniyanın keşmiş kansleri Angela Merkel xarici jurnalistlərə verdiyi müsahibədə 2021-cil ildə Aİ çərçivəsində Rusiya ilə başlanan dialoq cəhdlərindən dənışıb.


AFN.az-ın xəbərinə görə, o, bildirib ki, sələhiyyət müddəti bitənədək bu danışıqlarda nəticə əldə etmək mümkün olmayıb. Müsahibəsində xanım Merkel həmçinin qeyd edib ki, sələhiyyət müddətinin bitməsinə görə Ukrayna ətrafında münaqişənin qarşısının alınması istiqamətində səylərini başa çatdırmağa, münaqişənin həll edilməsi üçün diplomatik danışıqları davam etdirməyə, müharibəyə yol verməmək üçün Moskva ilə başladığı təmasları müsbət sonluğa doğru irəlilətməyə imkan olmayıb. Merkelin sözlərinə görə, nizamlama ətrafında uzun dialoqdan sonra müharibənin başlaması onun üçün gözlənilməz olub. O, Ukraynaya hücumun bir səbəbinin də rəsmi Kiyevin Minsk razılaşmasına əməl etməməsi olduğunu bildirib.

NAZİLƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu