Merkel Zelenskini Berlinə dəvət etdi
Almaniya kansleri Angela Merkel Ukrayna Prezidenti Vladimir Zelenskininin telefon danışığı olub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, telefon danışığı zamanı Merkel Zelenskini Berlinə işgüzar səfərə dəvət edib. Səfər zamanı Donbassda münaqişənin dinc yolla tənzimlənməsi məsələsi müzakirə olunacaq.
Zelenski də öz növbəsində Merkeli avqustda Ukraynaya dəvət edib.