İrandakı ermənilər etirazlarda Xameneyini dəstəklədi


İrandakı Erməni İcması Şurası ölkədə baş verən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb.


AFN.az-ın xəbərinə görə, sənəddə qeyd olunur ki, son vaxtlar İranda törədilmiş, bir sıra soydaşlarımızın ölümü və yaralanması ilə nəticələnən, ictimai asayişin və təhlükəsizliyin pozulmasına səbəb olan terror aktları və iğtişaşlar erməni ictimaiyyəti üçün son dərəcə kədərlidir.
“Biz bu müqəddəs torpağın başqa din və etnik qrupların ardıcılları ilə birlikdə İranın nizam və qüdrətinin tərəfindəyik. Biz ölkənin sabit təhlükəsizliyini, cinayətlərə və ictimai təhlükəsizliyin pozulmasına görə məsuliyyət daşıyanların cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirik. İrandakı erməni icmasının İsfahan, Azərbaycan və Tehran əyalətlərində 3 arxiyepiskopu var ki, bunlardan İran Azərbaycanındakı icmanın 700 illik tarixi var”-deyə şovinist bəyanatda qeyd edilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu