Ermənistandan ötürülən dezinformasiya tələsindən özümüzü qorumalıyıq


Erməni “ekspertləri” Azərbaycan əlyehinə əsassız ittihamlarından əl çəkmirlər.


AFN.az xəbər verir ki, erməni tərəfində hələ də “İsrail İrana hücum zamanı Azərbaycan ərazisindən istifadə edib” iddiaları səngimək bilmir. Halbuki İran rəsmiləri artıq açıqlama verərək İsrailin İrandakı hərbi mərkəzlərə hücumu İraqın şimalından həyata keçirdiyini bildiriblər.
"Ermənistandakı dairələrin məqsədi aydındır, İrəvan yaydığı dezinformasiyalar vasitəsilə İran-Azərbaycan münasibətlərindəki gərginliyin daha artmasına çalışır". AFN.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. "Əlbəttə, İranın siyasətini sərt tənqid edirik, ancaq Ermənistandan ötürülən dezinformasiya tələsindən özümüzü qorumalıyıq. Azərbaycan başqa dövlətlərin mübarizə poliqonu deyil və olmayacaq, bunu İrandakı dairələr də anlayırlar, sadəcə iranlı “ekspertlər” də erməni qardaşlarıyla birləşərək ölkəmiz əleyhinə təxribatlarını davam etdirirlər" - deyə siyasi şərhçi əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu