Qərb ölkələrində Ermənistanın mövqeyinin zəifləməsinə nail ola bilərik - İran amilindən istifadə etməklə...


İsrailin İrana hücumlarını Azərbaycan ərazisindən istidadə etməklə reallaşdırması ilə bağlı dezinformasiyaların yayılacağı gözlənilən idi. Müşahidəçilər əsasən erməni tərəfinin bu dezinformasiyalara əl atacağınl proqnozlaşdırırdılar. Gözlənilən baş verdi, artıq erməni saytları və erməni lobbisinə bağlı mərkəzlər guya İsrailin İrana qarşı hücumlarda Azərbaycan ərazisindən istifadə etməsilə bağlı xəbərlər tirajlayırlar.


AFN.az xəbər verir ki, ortada heç bir fakt olmadığı halda, bu xəbərləri erməni saytları və İrandakı radikal dairələr keçmiş illərdə də tirajlayırdılar. Məqsəd İran-Azərbaycan münasibətlərinin hazırki gərginliyini iki ölkə arasında qarşıdurma səviyyəsinə çatdırmaqdır. Siyasi şəhrçi Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan-İran münasibətləri gərgin olsa da, Azərbaycan heç bir dövlətin öz ərazisindən İrana qarşı istifadəsinə imkan verməz. Çünki bu, Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir: "Erməni ekspertlər isə açıq bildirirlər ki, Azərbaycana qarşı mübarizədə İranı informativ dəstəyi artırmaq lazımdır. Bunlar “İrana informativ dəstək” dedikdə Azərbaycana qarşı təxribatçı xəbərlərə əsaslanan informasiya müharibəsini nəzərdə tuturlar.
Əslində biz ermənilərin bu yanaşmasından öz məqsədlərimiz üçün istifadə edə bilərik. Biz bölgədə müharibənin əleyhinəyik. Ancaq əgər İrana qarşı koalisiya formalaşdığı halda Ermənistan İrana dəstəyini artırarsa, Qərb ölkələrində Ermənistanın mövqeyinin zəifləməsinə nail ola bilərik. Bunun üçün diplomatik fəallığı artırmaq lazım gələcək".
Politoloq bildirib ki, İsrailin İrana zərbələri Ermənistanın siyasi dairələrini çətin duruma salıb. Rəsmi İrəvan baş verənlərə hələ ki, münasibət bildirmir: "Ancaq vəziyyətin gərginləşəcəyi halda Tehran İrəvandan qəti mövqe tələb edəcək. Tehran Ermənistana illərdir verdiyi dəstəyin, Zəngəzur dəhlizinə yaratdığı əngəlin əvəzini istəyəcək. Ermənistan baş naziri Nikol Paşinyan İranla sıx münasibətlər fonunda ABŞ və Fransa ilə münasibətlərin inkişafına ümidlidir. İrana qarşı koalisiya formalaşarsa Paşinyan böyük ehtimalla neytral mövqedə qalmağa çalışacaq. Bu isə nə Vaşinqtonun, nə də Tehranın xoşuna gələcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu