Avropanın enerji məsələləri üzrə komissarı Kiyevə gəlib


Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson Kiyevə gəlib.


Bu barədə TASS Avropa Komissiyasına istinadən yazıb.

“Avropanın energetika üzrə komissarı Kadri Simson Ukraynanın enerji sektoruna dəstəyin genişləndirilməsinə yardım etmək üçün bu gün Kiyevdədir”, – məlumatda bildirilir.

Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksey Kuleba bildirib ki, elektrik enerjisinin kəsilməsi ilə bağlı kritik vəziyyət yaranarsa, bölgə sakinləri müvəqqəti olaraq başqa regionlara köçürülə bilər.
Onun sözlərinə görə, belə bir plan Ukraynanın enerji sisteminin vəziyyətinin maksimum dərəcədə pisləşməsi və manevr imkanlarının tükənməsi zamanı işə düşə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu