Kiyevdə həyəcan siqnalları dayanmır - VİDEO


Ukraynada müharibə davam edir.


Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, hazırda Kiyev vilayətində gərginlik davam edir.

“Demək olar ki, hər 15 dəqiqədən bir həyəcan siqnalları verilir. Paytaxt sakinlərinə zirzəmilərdən çıxmamaqla bağlı xəbərdarlıq olunub”, - deyə jurnalist qeyd edib.

O da bildirilib ki, hazırda vəziyyətlə əlaqədar bütün market və iaşə obyektləri fəaliyyətini dayandırıb.

Daha ətraflı süjetdə:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu