Ukraynada yenidən ölkə boyu həyəcan siqnalı verilir
Ukraynanın bütün vilayətlərində hava hücumu təhlükəsi elan olunub.
AFN Ukrayna mətbuatına istinadən xəbər verir ki paytaxt Kiyevdə, Kiyev, Odessa, Nikolayev vilayətlərində, eləcə də ölkənin qərb və şərq regionlarında həyəcan siqnalı səslənir.
Yerli rəhbərliklər sözügedən bölgələrin sakinlərini sığınacaqda qalmağa çağırıb.