Ərdoğan İsrailin Baş naziri ilə danışıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail Baş naziri Yair Lapid arasında telefon danışığı olub.


Bu barədə Türkiyə Prezident Administrasiyası sosial şəbəkələrdə məlumat yayıb.

Bildirilib ki, Türkiyənin dövlət başçısına zəng edən İsrailin Baş naziri onu Qurban bayramı münasibətilə təbrik edib. Eyni zamanda R.T.Ərdoğan Y.Lapidi Baş nazir vəzifəsinə keçməsi ilə bağlı təbrik edib.

Məlumata görə, telefon danışığında ikitərəfli münasibətlər və regional mövzular ətrafında fikir mübadiləsi aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu