İsveçrə 2 gün ərzində ABŞ-İran görüşlərinə ev sahibliyi edəcək



İsveçrənin 2 gün ərzində ABŞ və İran arasında keçiriləcək görüşlərə ev sahibliyi edəcəyi iddia olunub.

AFN.az xəbər verir ki, Pakistan hökuməti mənbələri ABŞ ilə İran arasında İsveçrədə 1-2 gün ərzində texniki səviyyədə danışıqların başlamasının gözlənildiyini irəli sürüblər.

Vasitəçilik prosesindən məlumatlı olan bir mənbə Pakistanın digər vasitəçilərlə birlikdə İslamabad Anlaşma Memorandumunun növbəti mərhələsinə başlamaq üçün 1-2 gün ərzində İsveçrədə bir araya gəlməsi gözlənilən hər iki tərəflə də təmasda olduğunu ifadə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu